Bazar, 28 Aprel

Azərbaycan Kuboku: "Qarabağ" "Keşlə"yə qalib gəldi

image

Futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinə start verilib.

Xəbər verilir ki, günün ilk oyununda "Qarabağ" "Keşlə"ni qəbul edib.Tofiq Bəhramov adına Respublika Stadionundakı qarşılaşma Ağdam təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Meydan sahiblərinin qolunu 56-cı dəqiqədə İbrahima Vadji vurub.

"Keşlə"nin heyətində yarımmüdafiəçilər Rafael Məhərrəmli 65-ci dəqiqədə, Fəhmin Muradbəyli isə 80-ci dəqiqədə zədələnib. Oların yerinə meydana müvafiq olaraq Elçin Mustafayev və Bahadur Həziyev daxil olublar.

Yeni transferlər - qapıçı Luka Quqeşaşvili, yarımmüdafiəçi Leandro Andrade və hücumçu Rüstəm Əhmədzadə ilk dəfə "köhlən atlar"ın heyətində rəsmi matçda debüt ediblər.

Komandalar arasında cavab qarşılaşması fevralın 12-də olacaq.

Qeyd edək ki, günün digər görüşündə "Neftçi" "Sabah"ı qəbul edəcək. Fevralın 2-də "Zirə" "Səbail"i, "Sumqayıt" isə "Qəbələ"ni qəbul edəcək

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42
image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55
image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39